Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TANAP daha ucuz başa gələ bilər

© müsavatRövnəq Abdullayev - SOCAR, AFFA, ACF-nin prezidenti
Rövnəq Abdullayev - SOCAR, AFFA, ACF-nin prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Rövnəq Abdullayev: Layihə planlaşdırdığımızdan ən azı 20-25% ucuz başa gələcək.

BAKI, 10 noy-Sputnik. Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisi planlaşdırıldığından daha ucuz başa gələcək.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev.

SOCAR prezidenti deyib ki, layihəyə planlaşdırıldığından 20-25% daha az vəsait sərf olunacaq. "TANAP-ın tikintisi öz axarı ilə davam edir. Layihə planlaşdırdığımızdan ən azı 20-25% ucuz başa gələcək. Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin", — deyə R. Abdullayev qeyd edib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: "Cənub Qaz Dəhlizi" şirkəti — 58%, BOTAŞ — 30%, BP — 12%.

Xəbər lenti
0