BAKI, 10 noy — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama İsrailin Baş naziri Binyamin Netanyahu ilǝ görüşüb. Görüş Ağ evdə baş tutub.
Obama vǝ Netanyahu Yaxın Şǝrqdǝ sülh prosesi, Suriya vǝ İranla bağlı mövzuları müzakirǝ ediblǝr.
Netanyahu ilə tez-tez görüşdüyünü xatırladan Obama "bu, ABŞ ilǝ İsrail arasındakı müsbət ǝlaqǝlǝrin göstǝricisidir" deyib.
Öz növbəsində Netanyahu "Yaxın Şǝrqdǝ son dövrdǝki qarışıqlıq vǝ terror hadisǝlǝri iki ölkǝ arasındakı ǝmǝkdaşlığın daşıdığı ǝhǝmiyyǝti ortaya qoyur" deyib.