Malayziya “Boeing”inin müəmması

© Sputnik / Mikhail Voskresensky  / Mediabanka keçidСотрудники миссии ОБСЕ и эксперты работают на месте крушения малайзийского Boeing 777
Сотрудники миссии ОБСЕ и эксперты работают на месте крушения малайзийского Boeing 777 - Sputnik Azərbaycan
Abunə olmaq
Hansı ekspertlərin gəldikləri nəticələrə inanasan: rusların yoxsa hollandların?

Malayziya “Boeing”inin müəmması
“Almaz-Antey” konserni Malayziya “Boeing”-nin faciəsinin səbəblərini təhlil edərək ətraflı təqdimat hazırlayıb. Onun əsas məqsədi təyyarəninin hansı növ raketlə vurulmasını müəyyən etmək olub. 

Rusiya ekspertlərinin nəticələri qısa səslənir: Malayziya “Boeing”ini “Buk-M1” zenit-raket sistemi tərəfindən buraxılan 9M38 (M1) tipli raket vurub. Belə nəticəyə gəlmək üçün ekspertlər təyyarə parçalarının üzərindəki zədələrin xarakterini təhlil etməli idilər. Zədələrin ümumi xarakteri adı çəkilən raketi göstərir. Buna baxmayaraq, “Almaz-Antey” konsernində deyirlər ki, fəlakətin digər versiyaları da ola bilər. Məsələn, Müdafiə nazirliyinin bəyanatını xatırlamaq olar ki, təyyarə Ukraynanın “Su-25” hücum təyyarəsi tərəfindən vurulub. Lakin söhbət məhz raket kompleksindən gedirsə, onda bu yalnız “Buk-M1” və 9M38 (M1) raketidir.

Regional problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyov hesab edir ki, dünya ekspertləri bu texniki aspektlərə diqqət etmirlər:

“Holding məhz texniki xüsusiyyətlərdən danışırdı, lakin bütün bunlar istintaq zamanı unudulmuşdu. Bu ilk hadisə deyil. Holding bir müddət əvvəl öz mövqeyini mətbuat konfransında müdafiə etdi, “Buk”un məlumatları verildi. Buna heç kim fikir vermədi”.

Unutmaq olmaz ki, Rusiyalı ekspertlərinə işləmək asan deyildi. Lakin bu onlara öz təqdiqatlarını yüksək səviyyədə həyata keçirməyə mane olmadı. Lakin bunu Hollandiya tərəfindən verilən hesabatın müəllifləri haqda demək olmur. Geosiyasi problemlər Akademiyasının vitse-prezidenti Vladimir Anoxinin fikrincə, Hollandiya mütəxəssisləri belə vəziyyətlərdə görülməli olan işlərin heç bir qismini də yerinə yetirməyiblər:

“Təyyarə qəzaya uğrayandan sonra komissiya yerə düşən təyyarə hissələrinin, eləcə də ölü sərnişinlərin mövqelərinin topoqrafiyasını çıxartmadı. Sonra isə onlar zədələrin xüsusiyyətini müəyyənləşdimək üçün tapılan hissələri bir yerə toplamadılar. Qəribədir, lakin nə hadisə yerində, nə də ki Hollandiyada patalogiya və anatomiya ilə bağlı tədqiqatlar aparılmadı. Bir il sonra isə ölülərdə yüksək enerjili elementlərin olduğunu deyirlər. Mən bilmirəm, onlar nəyi necə yazıblar, lakin, mənim fikrimcə — hamısı cəfəngiyatdır”.

Bundan əlavə, Rusiya nəticələri Hollandiya ekspertlərinin işinin bir çox nəticələrini şübhə altına saldı. Dmitri Juravlyov hesab edir ki, onlar təqsirin məhz Rusiyada olduğunu sübut etmək üçün hər şey etdilər:

““Almaz-Antey” bunun tək Donesk və Luqansk “xalq respublikaları” tərəfindən nəzarət olunan ərazilərdən edildiyinin mümkünsüzlüyü haqda demirdi, eləcə də o, “Buk” kompleksinin parametrlərinin Holland tədqiqatçıların bildirdikləri parametrlərə uyğun olmadığını dedi. Bu insanların hesabatında fundamental məntiqi səhv var. Oradakı zərbə ya fərqli olmalı idi, ya da ki bu “Buk” olmalı deyildi. Onlara görə, “Buk” özünə məxsus tərzdə, öz imkanlarına uyğun olmadan atəş açır. Göründüyü kimi, onlarda Rusiyanı ittiham etmək istəyi vardı, lakin qalan məsələləri unutdular”.

Lakin “Almaz-Antey” bir az da qabağa gedərək iki eksperiment nəticələrini təqdim etdi. Birinci sınağın nəticələri Holland komissiyası tərəfindən inkar edildi, ona görə də, ikinci sınaq konstruksiyası “Boeing 777” təyyarəsinə uyğun olan model üzərində aparıldı. Artıq bu sınağın nəticələri Holland Komissiyasının nəticələrini təmamilə təkzib etdi. “Ali İqtisadiyyat Məktəbi” universitetinin dosenti Dmitri Ofiserov-Belskinin sözlərinə görə, gələcəkdə bu cür uyğunsuzluqlar daha çox olacaq:

““Almaz-Antey” və Holland mövqeyi arasındakı həmin ziddiyyətlər artıq olduqca ciddidir. Düşünürəm ki, oxşar ziddiyyətlər bundan sonra da toplanacaq, lakin sonunda hər hansı bir beynəlxalq məhkəməyə gətirib çıxarmayacaq. Bu tədbirlərin həyata keçirilməsi onsuz da lazım idi. Bütün bu ekspertizaları “Almaz-Antey” çox tez etdi, Hollandlar isə gec edirdilər. Bir çox ekspertlər elə hiss edirlər ki, onlar bu prosesi uzadırdılar. Kim deyir ki, onlar bunu bundan sonra da etməyəcək?”

Lakin Rusiyanın hətta bu dəlil və nəticələri heç kim tərəfindən eşidilmədi. Dünyaya Hollandiya Təhlükəsizlik Şurasının təqdim etdiyi qərəzli versiyalara inanmaq daha asandır.

“Sputnik” (Rusiya)

Xəbər lenti
0