Səudiyyə Ərəbistanının neft oyunu

© nsnЦены на нефть
Цены на нефть - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, bu cəhdlər İranın genişmiqyaslı neft nəqlinə hazırlığı ilə bağlıdır

Səudiyyə Ərəbistanının neft oyunu
Səudiyyə Ərəbistanı aşağı neft qiymətləri səbəbindən zərər çəkir. Bəzi ekspertlər bu zərərin onlarla milyard dollar təşkil etdiyini bildirirlər. Bütün bunlar ölkənin valyuta ehtiyatlarına da çox mənfi təsir edir.

Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri qeyd edirlər ki, bu templə Səudiyyə Ərəbistanının maliyyə ehtiyatları növbəti beş il ərzində sərf edilə bilər. Onların fikrincə, ilin sonunda bir barrel neftin qiyməti 52 dollar təşkil edəcək. Eyni zamanda, BVF hesablamalarına görə, bu ilin sonuna Səudiyyə Ərəbistanının büdcə kəsiri ÜDM-un 21,6%-ı təşkil edəcək. Hal-hazırda məlumdur ki, neftin qiyməti düşməyə başlayandan ölkənin valyuta ehtiyatları 73 milyard dollar azalıb. İndi bu göstərici 654.5 milyard təşkil edir. Bu ona gətirdi ki, Səudiyyə Ərəbistanının Pul Agentliyi xarici investisiya fondlarında 70 milyard dollarlıq aktivlərini geri götürdü. Milli Enerji Təhlükəsizliyi Fondunun analitik şöbə rəhbəri Aleksandr Paseçnik hesab edir ki, buna baxmayaraq, Səudiyyəlilər nə dəyər vəziyyətini dəyişmək, nə də ki, qənaət etməyə hazırlaşmırlar, əksinə, onlar istehsalın artırılması üzərində çalışırlar:

“Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı dünya neft bazarında ən böyük oyunçulardan, neft təchizatçılarından biridir. İndi o, öz mənfəətini həcm sayəsində artırmaq üçün istehsalı çoxaldır. Orada neftin istehsal xərci aşağıdır və neftin 40-50 dollar arası qiymətində belə fərq pis olmur. Nə qədər çox neft satırsa, bir o qədər də onun gəlirləri çoxdur. Lakin Səudiyyə Ərəbistanı neftinin tədarükü ətrafında bir çox emosional qiymətləndirmələr səslənir. Məsələn, yazırlar ki, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Polşaya neft nəql edib və Rusiya neftini sıxışdırıb. O bunu ilk dəfə etmir və bu ilk il deyil ki, biz onlarla rəqabət aparırıq”.

“Univer Capital” İnvestisiya Şirkətinin baş direktor müavini Dmitri Aleksandrov hesab edir ki, Səudiyyə Ərəbistanının bu taktikasını tezliklə dəyişəcəyini gözləmək lazım gəlmir:

“Səudiyyə Ərəbistanı digər rəqib ölkələrin istehsal həcmində əhəmiyyətli dəyişikliklərin baş verməyəcəyinədək öz oyununu davam edəcək. Bu bəzi Avropa ölkələri, Şimali və Latın Amerikası, eləcə də Yaxın Şərqdəki bir sıra neft yataqlarına aiddir. Əslində, biz indi bəzi regionlarda böyük layihələrin təxirə salınması və başlama vaxtının dəyişdirilməsi haqda bəyanatlar gördük”.

Hal-hazırda neft qiymətlərinin baş ağrısı verdiyi tərəflər haqda danışmaq olar, lakin gələcəkdə bu problem yalnız ayrı-ayrı ölkələrə aid olmayacaq. Müstəqil ekspert Andrey Kiproviçin sözlərinə görə, bu məsələ müharibəni xatırladır:

“Mənim fikrimcə, bu məsələ, ona kimin qalib gəldiyi, kimin uduzduğu tərəfdən baxsaq, — müharibədir, müharibədə isə qalib olmur. Hərçənd daha az və daha çox itirən insanlar var. Bu halda mən hesab edirəm ki, ən az itirən ölkələrdən birincisi Səudiyyə Ərəbistanı, ikincisi – Amerikanın şist nefti istehsalçılarıdır. Mən səbəbi izah edərəm. Səudiyyəlilər bu müharibəni istehsal xərcləri artıq olan xarici rəqibləri bazardan çıxarmaq üçün törədiblər. Müxtəlif hesablamalara görə, barrelə 8-28 dollar qiyməti Səudiyyə Ərəbistanı təhlükəsiz keçirə bilər. Səkkiz dollar dərəcəsi göstərici üçündür, əslində bu 20 dollardır. Belə qiymətə kim tab gətirə bilər? Buna yalnız şist neftinin istehsalçıları qadirdir. Şist neftinin istehsal texnologiyasını sərfəli olmayan halda dayandırmaq olar, rəqabət mühiti daha yaxşı olan zaman isə onu sadəcə yeniləmək olar. Bunu standart neft hasilatı haqda demək olmur. Ona görə, kim uduzdu? Uduzan, əlbəttə ki, Rusiya və Venesuela oldu”.

Hələki, Səudiyyə Ərəbistanı bu oyunu oynamağa davam edərək öz məqsədinə doğru irəliləyir. Məqsəd isə dünya bazarında öz mövqeyini saxlayaraq onu daha da artırmaqdır. Bu isə İranın genişmiqyaslı neft nəqlinə hazırlığı ilə bağlıdır. Lakin ekspertlər hesab edirlər ki, neft ehtiyyatlarının həcmindən asılı olmayaraq, yaxın on il ərzində Səudiyyə Ərəbistanını da çətinliklər gözləyir.

“Sputnik” (Rusiya) 

Xəbər lenti
0