BAKI, 10 noy — Sputnik. Bütün kişilər hər zaman gözəl və cazibədar qadın axtarır. Lakin qadınlarda bu biraz fərqlidir.
Küçədə gəzərkən, yaxud da hər hansı bir məkanda gözəl qadınların yanında onlara heç də yaraşmayan kişilər görürük. Maraqlısı odur ki, həmin qadınlar öz seçimlərindən olduqca razıdır.
Bunun bir çox səbəbləri var.
Misalçün, cazibədar kişilər gözə xitab etməklə birlikdə, yaraşıqlı və uzun boylu olmalarını, digər mənfi xüsusiyyətlərini ört-basdır etmək üçün istifadə edirlər.
Qısacası, yaraşıqlı kişilər qadınlara qarşı nəzakətli, mərd və anlayışlı olmaq baxımından digər kişilərdən çox geridədir. Və qadınlar da bunu çox yaxşı hiss edirlər. Kişilər gözləri ilə sevdiyi halda, qadınlar hisslərinə güvənməyə üstünlük verirlər.
Uzun sözün qısası, kişilər gözəl qadın axtardığı halda, qadınlar mənfi keyfiyyətlərini yaraşıqlılığı arxasına gizlətməyən kişiləri seçir.