BAKI, 10 noy-Sputnik. Təbrizdə azərbaycanlıların etiraz aksiyası nəticəsində xəsarət alan olmayıb.
Sputnik xəbər verir ki, bu barədə jurnalistlərə Təbrizin polis rəisi, polkovnik Fərhəng Norouzi deyib.
Azərbaycanlılar İranda populyar olan "Fitileh" verilişin yayımından sonra etiraz aksiyasına çıxıblar. Veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib.
F.Norouzi etirazçılarla polis arasında toqquşmalar olduğunu təkzib edib və bildirib ki, polis etirazçılara qarşı mülayim rəftar edir.
Bunda əvvəl İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.
Hər cümə günü efirə gedən "Fitileh" populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.
Veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.
IRIB bildirib ki, bu, səhvən baş verib: "Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib".
Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.