BAKI, 9 noy — Sputnik. İnsanın bədən quruluşuna görə xarakterini müəyyən etmək mümkündür. Psixoloqlar hesab edirlər ki, insan öz xarakterini nə qədər gizlətməyə çalışırsa çalışsın, baş və bədəninin quruluşu gec-tez onu ələ verəcək.
Sputnik Kayzen-ə istinadən bədən quruluşuna görə xarakter tiplərini təqdim edir.
Zəif və ya intellektual tip: Zəif, yəni intellektual tipin geniş alnı, böyük bir başı, kiçik üzü vardır. Üzünün cizgiləri zərifdir. Burnu incə, çənəsi itidir. Vücud narın, çəlimsiz və çox zaman zəif olar. Çiyinlər dar və aşağı, qollar bir az uzun və incə, barmaqlar uzun və itidir. Bu tip kəslər zehnən son dərəcə fəal olmaqla birlikdə fiziki baxımdan həssaslıqları qıtdır. Onun üçün bir az tənbəlliyə meyilli olarlar, başqa insanlarla əlaqələri soyuq və cəmiyyət insanı ola bilməzlər. Gözəl nitqə sahibdirlər, lakin mövzunu çox qəlizlədirər, dinləyicini yorarlar. Çox oxuyurlar, kobud idmanı və oyunları sevmirlər.Duyum və anlama qabiliyyətləri başqalarına nisbətən daha qüvvətlidir.. Hər şeyi görər və mühakimə edərlər. Onlardan yaxşı tənqıdçi çıxar. Hər hansı bir işlə məşğul olduqları zaman da zehinlərini qeydsiz- şərtsiz olaraq o işə verməkdə birincidirlər.
Orta və ya fəal tip: Boyları orta, vücudları da nə zəif, nə kök olan tiplərdir. Çənələri, alınları, çiyinləri və əlləri dörd küncə yaxın bir şəkil ifadə edərlər. Bu tiplər özlərini məşğul edəcək hər hansı bir fəaliyyet sahəsi olmazsa kədərlərindən öləcək zənn edərlər. Belə quruluşa sahib olanlar əsla rahat dayanmazlar. Əksəriyyətlə idmana qarşı dərin bir maraq göstərərlər. Kobud idmanla məşğul olan əksəriyyət atletlərin bu quruluşda olduqları görülmüşdür. Bu tiplər ev şəraitində, oturaq işlərə nifrət edərlər. Ümumiyyətlə, bunlar yaxşı qurucu, quruluşçu, mədənçi, meşə mühəndisi, fabrikçi və ya dənizçidirlər. Gecə yuxularında və ya gündüz xülyalarında kəşfçi, əsgər və ya atlet olmaqdan darıxarlar, çünki bunları həyata keçirmək istərlər, "alınmadı"-deyə düşünmək onlara yaddır.. Əksəri cəsurdurlar. Sevdikləri hətta heç tanımadıqları insanları qorumaq üçün həyatlarını təhlükəyə qoymaqdan çəkinməzlər. Bütün bu xüsusiyyətlər medalyonun bir tərəfi… Medalyonun digər bir üzü isə, bu tiplərin zehni baxımdan tənbəl və durğunolurlar. Parlaq, iti, praktik bir zəkadan məhrum olarlar. Bəziləri də müstəsna olacaq qədər parlaq zehni olsa da heç bir işə yaramaz. Çünki bunlar beyinlərini işlətməyi sevməzlər. Zehni işlətməkdənsə, ağır əmək, fiziki güc tələb edən sahələrə üz tutarlar.
Kök tip: Bir dairə əsası üzərinə qurulmuş olan tiplərin yumru üzləri, şiş yanaqları geniş dəlikli burunları bir neçə qat çənələri və bir az çəlləyi xatırladan bədənləri vardır. Əlləri ətli və yumşaqdır. Kök adam şən, mülayim və hiyləgərdir. Zəngin süfrələri, rahat yataqları, cazibədar qadınları və digər bütün zövqü səfanı sevər. Kök adamların əksəriyyətinin heyrət verici bir zərifliyi və hərəkət yüngüllüyü vardır. Hiyləgər, ağıllıdırlar. Rahatlıqlarını sevərlər. Düzənlərini pozmaq onlara ağır gəlir. Onun üçün başqalarından istifadə etməyi yaxşı bilərlər. Mədələrinə düşkün olduqları üçün baqqal, qəssab,çörəkçi, restorançı və ya otelçi kimi peşə sahiblərinin arasından belələrinə çox rast gəlinər. Eyni zamanda hiyləgərlikləri və sakit xasiyyətləri sayəsində yaxşı bir diplomat da olarlar. Siyasət aləmi ətrafındakıların kürəyinə vuraraq dediklərini etdirən kök adamlarla doludur.
Xırda tip: Boyları qısa olmaqla, bədənlərinin hər tərəfi tamamən bir-birinə mütənasib olanlar enerjili və təvazökardırlar. Bunlar haqqlarını tapdalamaqdan nifrət edən idealist və ədalət pərvər insanlardır. Onlara qarşı gələnlərə şiddətlə hücum edər və əksəriyyətlə müvəffəqiyyətli qələbə çalarlar. Kimsədən, heç bir şeydən qorxuları yox kimidir. İstədikləri şeyi doğru yoldan əldə etmədikləri təqdirdə, hiylə yoluna üz tutmaqdan əsla çəkinməzlər. Enerjili, şəhvətli və əsəbidirlər. Son dərəcə hazırcavab və iti zəkalıdırlar. Tarixdə dahilərin çoxunun bu quruluşda insanlar olması diqqəti çəkir.
Qısa tip: Qısa və zəif quruluşda olanlar utancaq və az danışan, mütavazidirlər. Öz içlərinə qapalı olarlar. Ancaq həyatlarında böyük bir hadisə olduqda həyəcanlı olurlar. O zaman da hadisə öz əleyhlərinə olduqda təlaşdan əlləri ayaqları əsər və çox vaxt özlərini itirərlər, düşünmə qabiliyyətlərini itirərlər.Utancaq olduqları üçün hər kəslə dostluq etməzlər. Amma hər hansı biriylə yoldaş oldularmı bu yoldaşlığı mühafizə etmək üçün əllərindən gələni edərlər. Sədaqətləri sonsuzdur. İtaətli bir it kimi yoldaşlıq xatiri üçün hər şeyə boyun əyər və hər şeyi qəbul edərlər.