Sabah bir yağış yağacaq ki...

Abunə olmaq
Noyabrın 10-da Respublikanın hər yerində hava yağmurlu olacaq.

BAKI, 9 noy — Sputnik. Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 isti olacağı gözlənilir.

Xəbər lenti
0