BAKI, 9 noy-Sputnik. Bu gün Berlin divarının yıxılmasından 26 il keçir.
Berlin divarı — Almaniya Demokratik Respublikasının rəhbərliyi tərəfindən 13 avqust 1961-ci ildə Qərbi Berlin ətrafında ucaldılıb.
Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq Amerika, İngiltərə və Fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilib və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilib.
13 avqust 1961 — 9 noyabr 1989-cu il tarixlərində yüksəldilən Berlin divarının uzunluğu 155 кm, o cümlədən, Berlin ərazisində 43,1 кm idi.
9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdidiyyəti aradan qaldırmaq qərarını qəbul edib. Onda Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. Nəticədə divarlar aşırılıb. 1990-cı ildən etibarən hər iki tərəf arasındakı sərhəd postu birdəfəlik ləğv edilib.