Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ən çox ipoteka kreditlərini kim alır

© apa.azBina
Bina - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

BAKI, 9 noy — Sputnik. Azərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) hesabatında deyilir.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olurlar.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AİF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır.

Xəbər lenti
0