BAKI, 8 noy-Sputnik. Türkiyə hökuməti noyabrın 15-16-da Antalyada keçiriləcək "G-20" ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir.
Sputnik xəbər verir ki, bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunmasına 12 min polis və jandarma cəlb edilib.
Antalya valisi Muammer Türker "G-20" zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.