BAKI, 8 noy — Sputnik. Microsoft-un qurucusu Bill Gates dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə mütəxəssislərinin proqnozlarına görə, hal-hazırda 77 milyard dollarlıq sərvətə sahib olan Gates, 25 ildən sonra sərvətini 1 trilyon dollara çatdırmış olacaq. Hər şey qaydasında getsə, 58 yaşında olan Gates 83 yaşında dünyanın ilk trilyoneri ünvanını qazana biləcək.
Credit Suisse-in proqnozlarına görə, bundan iki nəsil sonra dünyada ən azı 11 trilyoner olacaq. Bankın qənaətinə görə, iki nəsil sonra dünya əhalisinin 20%-nə bərabər olan 1 milyard insan milyoner statusuna qovuşacaq.