BAKI, 6 noy – Sputnik. Qlobal İqlim Dəyişikliyi Sammiti ilə əlaqədar dünya liderlərini Parisdə qəbul etməyə hazırlaşan Fransa, təhlükəsizlik tədbirləri səbəbilə Schengen (Şengen) razılığını müvəqqəti donduracağını açıqlayıb.
Fransa Daxili İşlər naziri Bernard Kazeneuve özəl televiziya kanalına müsahibəsində sərhəd bölgələrində ciddi yoxlama və nəzarət tədbirləri görüləcəyini deyib:
"İctimai asayiş və terror təhlükəsi səbəbilə bir ay müddətinə sərhədlərimizdə ciddi yoxlamalar olacaq. Bu, Şengen müqaviləsinin tamamilə ləğvi demək deyil. Həmin müqavilə üzv ölkələrə bu haqqı lazım olduğu təqdirdə verir"
BMT-nin İqlim dəyişikliyi sammiti 30 noyabr — 11 dekabr tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək.