Aleksandr Lukaşenko and içib

© euroradio.fmAleksandr Lukaşenko inauqrasiya mərasimində
Aleksandr Lukaşenko inauqrasiya mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
İnauqurasiya mərasimində min nəfərdən çox adam olub.

BAKI, 6 noy — Sputnik. Aleksandr Lukaşenko noyabrın 6-da Belarus Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlayıb.

Sputnik xəbər verir ki, inauqurasiya mərasimi Müstəqillik Sarayında keçirilib.
Belarus Respublikasının Konstitusiyasına uyğun olaraq, Prezident öz vəzifəsinin icrasına aşağıdakı məzmunda and içəndən sonra başlayır: "Belarus Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlayarkən Belarus Respublikasının xalqına sədaqətlə xidmət edəcəyimə, Belarus Respublikasının Konstitusiyasına riayət edəcəyimə və onu qoruyacağıma, mənə həvalə edilmiş yüksək vəzifəni müqəddəs şəkildə və vicdanla yerinə yetirəcəyimə təntənəli surətdə and içirəm".
Aleksandr Lukaşenko sağ əlini Konstitusiyanın üstünə qoyaraq Belarus dilində and içib.

Aleksandr Lukaşenko andiçmə haqqında aktı imzalayandan sonra Belarusda Seçkilər və respublika referendumları keçirilməsi üzrə Mərkəzi Komissiyanın sədri Lidiya Yermoşina Belarus Respublikası Prezidentinin vəsiqəsini ona təqdim edib.
İnauqurasiya mərasimi min nəfərdən çox dəvətlinin, o cümlədən yüksək vəzifəli şəxslərin, Nümayəndələr Palatasının deputatlarının və Milli Məclisin Respublika Şurasının üzvlərinin, müxtəlif səviyyəli rəhbər işçilərin, diplomatik korpusun nümayəndələrinin, xarici qonaqların iştirakı ilə keçib.
Azərtac xəbər verib ki, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə də tədbirdə iştirak edib.

Xəbər lenti
0