SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ədliyyə Nazirliyi iki AXCP arasında qalıb

© faktxeber.comAzərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Qurum həm Əli Kərimlinin, həm də Razi Nurullayevin müraciətini araşdırır.

BAKI, 6 noy-Sputnik. Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Sputnik APA-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidməti Nazirliyə AXCP qurultayı ilə bağlı 2 müraciətin daxil olduğunu bildirib. "Bu müraciətlər araşdırılır və yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq" — deyə mətbuat xidmətindən bildiriblər.

Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Əli Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və Ədliyyə Nazirliyinə müraciət edib.

Xəbər lenti
0