Qırğızıstan parlament üsul-idarəsinə keçir

© interfax.byПрезидент Киргизии Алмазбек Атамбаев
Президент Киргизии Алмазбек Атамбаев - Sputnik Azərbaycan
Abunə olmaq
Almazbek Atambayev deyib ki, prezidentin səlahiyyətləri minimuma endirilməlidir.

BAKI, 6 noy-Sputnik. Qırğızıstan prezident üsul-idarə sistemindən parlament idarəetmə sisteminə keçməyə hazırlşır.
Sputnik xəbər verir ki, belə bir bəyanatla Qırğızıstan prezidenti Almazbek Atambayev çıxış edib.

Prezident Atambayev ölkə konstitusiyasında islahat apararaq Qırğızıstanın tamamilə parlament üsul-idarəsinə keçməsinin zəruriliyini bəyan edib.
Onun sözlərinə görə, prezidentin səlahiyyətləri minimuma endirilməli və parlament idarəetmə üsuluna keçilməlidir: "Çünki mövcud qanunvericilik ölkədəki durumun yenidən sabiq prezident Kurmanbek Bakiyevin dövründəki vəziyyətə qayıtmasını istisna etmir."

Prezident Almazbek Atambayev bu fikri yeni seçilən parlament və hökumətin qarşısında çıxışı zamanı deyib.
Atambayev əlavə edib ki, 2017-ci ildə növbəti prezident seçkiləri keçiriləcək və seçicilər yenə də aldadıla bilərlər: "Seçicilər yenə bəzi namizədlərin şirin vədlərinə və ya pullarına aldanıb onların təsiri altına düşə bilər. Ona görə də Konstitusiyada islahatlar aparıb parlament üsul-idarəsinə keçmək lazımdır."

Cari ilin oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilib və seçkinin nəticələrinə görə, heç bir partiya mütləq çoxluq əldə edib hakimiyyəti formalaşdıra bilməyib. Nəticədə altı partiya bir araya gələrək koalisiya hökuməti formalaşdırıb.

Xəbər lenti
0