BAKI, 6 noy — Sputnik. 15, 16 noyabr tarixlərində "G-20" ölkələri liderlərinin sammitinin keçiriləcəyi Türkiyənin Antalya şəhərində antiterror əməliyyatı aparılıb.
İŞİD-lə əlaqəsi olan 20 nəfər şübhəli şəxs həbs olunub.
Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat bugün səhər saatlarında fərqli ünvanlarda eyni vaxtda keçirilib.
G20 sammitində dünyanın inkişaf etmiş 20 ölkəsinin rəhbərləri, o cümlədən ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Vladimir Putin də iştirak edəcək.