Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tarif Şurasının əfsanəvi qiymət endirimi

© Report.azDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin Məcidov deyib ki, dərmanların qiymətləri 6-8 dəfə endirilib.

BAKI, 6 noy-Sputnik. Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətini tənzimləməsindən sonra bir sıra dərmanların qiyməti hətta 6-8 dəfəyədək ucuzlaşıb.

Sputnik xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

Onun sözlərinə görə, Tarif Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib:

"Məsələn, təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb. Şuranın son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib."

Xəbər lenti
0