BAKI, 6 noy — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obamanın İŞİD-lə mübarizǝ mǝsǝlǝlǝri üzrǝ xüsusi nümayǝndǝsi Bret Makqork bir sıra görüşlǝr keçirmǝk mǝqsǝdilǝ Ankaraya gǝlib.
Mekqork 2 gün öncə özünün "Twitter" səhifəsində də Türkiyəyə gələcəyini bildirmişdi.
Amerikalı rəsminin Türkiyə hökumət nümayəndələri ilə keçirdiyi görüşlǝrdǝ Suriya və İraqdakı son vǝziyyǝt, o cümlədən, İŞİD-lə mübarizǝ metodları müzakirǝ olunur.