CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün Bakıdan Nyu Yorka və əksinə nə ilə uçacağıq

© Azal.az“Boeing 787-8” Dreamlineri
“Boeing 787-8” Dreamlineri - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan Bakı-Nyu York-Bakı reyslərini "Boeing 787-8" Dreamliner yerinə yetirəcək

BAKI, 6 noy-Sputnik. Noyabrın 7-dən etibarən "Azərbaycan Hava Yolları"-nın (AZAL) Bakı-Nyu York-Bakı müntəzəm reysləri "Boeing 787-8" Dreamliner tipli təyyarələrilə yerinə yetiriləcək.
Bunu Sputnik-ə açıqlamasında "AZAL"-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli deyib.

Onun sözlərinə görə, "Boeing-787-8" Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə 3 xidmət sinifi — Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.
"AZAL"-nın "Boeing-787-8" Dreamliner tipli təyyarəsi artıq Transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələr alınıb.

Bakı-Nyu York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla, bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30-da çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30-da yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

Xəbər lenti
0