CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Sinay uçuşlarına qadağa qoymayıb

Abunə olmaq
AZAL sadəcə bu istiqamətdə uçuşlar həyata keçirmir.

BAKI, 6 noy-Sputnik. 31 oktyabrda Misir Sinay yarımadası səmasında Rusiyaya məxsus Airbus A-321 təyyarəsinin vurulmasından sonra artıq bir sıra ölkələr öz avişirkətlərinə təhlükəsilziyin təmin edilməsi məqsədilə bu istiqamətdə uçuşlar həyata keçirməyi məsləhət bilmir və ya qadağan edib. Böyük Britaniya və bəzi ölkələr Sinay yarımadasındakı vətəndaşlarını evakuasiya etməyə başlayıb.

Azərbaycanın məsələ ilə bağlı mövqeyi tamamilə fərqlidir. Belə ki, Azərbaycanın Xarici İşlər Nazirliyi yaranmış vəziyyəti öyrənməklə məşğuldur. Hazırda Nazirlik ölkənin Mədəniyyət və Turizm Nazirliyi ilə yaranmış vəziyyəti müzakirə edərək fəaliyyətlərini koordinasiya edirlər.
XİN Azərbaycandan birbaşa Şarm-Əl Şeyxə uçuşlar olmadığından adı çəkilən istiamətə uçuşlara qadağan qoyulmasına ehtiyac duymur. Yəni bu istiqamətdə onsuz da AZAL uçuşlar həyata keçirmir.

Vətəndaşların bu ölkəyə gedişi ilə bağlı xəbərdarlığa gəldikdə, Azərbaycan XİN belə bir xəbərdarlığı 2011-ci ildə Misirdə baş verən iğtişaşlar zamanı edib. Və hazırda həmin xəbərdarlıq öz qanuni qüvvəsini itirib. Ona görə də istənilən Azərbaycan vətəndaşı Misirə səfər edə bilər. Amma yenə də ehtiyatlı olmaq tövsiyə edilir.
Məsələ ilə bağlı Azərbaycan aviaşitkəti "AZAL"-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli Sputnik-ə bildirib ki, AZAL bu istiqamətdə uçuşlar həyata keçirmir, ona görə də qadağa məsələsi onun üçün aktual deyil.

Azərbaycan hazırda Suriya üzərindən uçuşlar həyata keçirmir və vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkindirir.

Xəbər lenti
0