ELM

Kosmosa getmək istəyənlərə şad xəbər

© thenypost.files.wordpress.comMars planeti
Mars planeti - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Mars planetini ziyarət etmək üçün mühəndislik, biologiya, fizika və ya riyaziyyat ixtisasları üzrə akkreditasiyadan keçmiş təhsil ocağının diplomu vacibdir.

BAKI, 5 noy – Sputnik. Amerikan kosmik agentliyi NASA Mars planetinə uçuşla əlaqədar ekipaj üzvlüyünə düşmək istəyənlər üçün ərizə qəbuluna başlayıb. Mars planetini görmək istəyənlər üçün ərizə qəbulunun tarixi də açıqlanıb.

Bunun üçün anket qəbulu bu ilin dekabrın 14-dən 2016-cı il fevral ayının ortalarına qədər olan müddətdə olacaq. Uğurlu namizədlərin adları isə 2017-ci ilin yayında elan olunacaq.

Lakin bununla bağlı bir sıra tələblər də qoyulub.

ABŞ vətəndaşlarına daha çox üstünlük veriləcək. Üstəlik bu planeti ziyarət etmək üçün mühəndislik, biologiya, fizika və ya riyaziyyat ixtisasları üzrə akkreditasiyadan keçmiş təhsil ocağının diplomu vacibdir. Bakalavr dərəcəsi də kifayət edər. 

Bundan başqa, namizədlər öz ixtisası üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmalıdır. 

Xəbər lenti
0