Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İngiltərədən əhaliyə xəbərdarlıq: Bu ölkəyə getməyin

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidBöyük Britaniyanın bayrağı
Böyük Britaniyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya hökuməti xalqa müraciətində, ehtiyac olmadıqca o şəhərə getməməyi məsləhət görüb.

BAKI, 5 noy – Sputnik. İngiltərə hökuməti noyabrın 6-dan etibarən turistlərini Misirin Şarm əş-Şeyx şəhərindən çıxarmağa başlayacaq. Məlumata görə, hazırda İngiltərədən Şarm əş-Şeyx şəhərinə və əks istiqamətə bütün reyslər təxirə salınıb.

Bundan başqa, ingilis hökuməti britaniyalılara məcburiyyət olmadıqca o şəhərə getməməyi məsləhət görüb. 

"Həmin şəhərdə olan turistlərimizi təhlükəsiz şəkildə evə qaytarmaq üçün aviaşirkətlərlə və Misir hökuməti ilə birgə işləyirik. İnsanlarımız sabahdan gec olmayaraq vətənə qayıdacaqlar", deyə İngiltərənin xarici işlər naziri Filip Hammond bildirib.

Yerli media, Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin qəzaya uğramasında İŞİD-in barmağı olduğu barədə məlumat dərc edib. Xəbərin doğru ola biləcəyini ehtimal edən İngiltərə hökuməti dərhal hərəkətə keçib. 

Xəbər lenti
0