BAKI, 5 noy – Sputnik. Türk ordusunun ölkənin cənub-şərqində keçirdiyi antiterror əməliyyatı nəticəsində 31 PKK terrorçusu öldürülüb.
Bu barədə ölkənin Baş Qərargahından məlumat verilib.
Xəbərə görə, hərbi əməliyyat ölkənin Yüksəkova bölgəsində aparılıb.
"Gün ərzində PKK terrorçularının cəmləşdiyi yerlər təyin edilərək, həmin ərazilər havadan bombalanıb. Nəticədə 31 silahlı öldürülüb", deyə Baş Qərargahın açıqlamasında qeyd olunur.