SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İƏT-in Avropa İttifaqı yanında yeni daimi müşahidəçisi təyin olunub

Akşin Mehdiyev
Akşin Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

BAKI, 5 noy — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir A. Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilir. 

Səfir A.  Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub. 

Bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi Arif Məmmədov olub. 

Xəbər lenti
0