CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrail dünyada qadınları ən çox qorxudan şeyi açıqladı

© odnokoGözəl və karyera qurmuş qadın
Gözəl və karyera qurmuş qadın - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək qadınlar barədə olan təsəvvür yanlış imiş.

BAKI, 5 noy-Sputnik. İsraildən olan tədqiqatçılar müəyyən ediblər ki, qadınlar işdə daha çox stressə məruz qalır və yorulurlar. Bundan başqa, qadınların əksəriyyətində işini itirmək qorxusu güclü olur. Statistika göstərir ki, qadınlar kişilərlə eyni vəzifələrdə işləsələr də, daha az maaş alırlar. 

Sputnik "Cazibe" on-line resursuna istinadən xəbər verir ki, qadınlar kişilərə nisbətən işdən həzz ala bilmirlər. Ancaq indiyədək bunun əksi düşünülürdü.

Sorğuda 27 ölkədən 9000 qadın və 8500 kişi iştirak edib. Əsas diqqət əmək haqqı, iş qrafiki, təhsil, iş yükü, işi itirmə qorxusu, karyerada irəliləyiş perspektivinə yönəldilib.

Xəbər lenti
0