SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsveç suriyalı qaçqınlardan imtina etdiyini açıqladı

CC0 / Unif / Швецияİsveçin bayrağı
İsveçin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir, İsveçə yerləşən bir qrup suriyalı qaçqını qəbul etməsi üçün digər Avropa Birliyi ölkələrinə də müraciət edib.

BAKI, 5 noy – Sputnik. İsveç hökuməti miqrant qəbulunu dayandırdığını açıqladı. Bu barədə ölkənin baş naziri Stefan Lyoven məlumat verib. Nazir, hətta İsveçə yerləşən bir qrup suriyalı qaçqını qəbul etməsi üçün digər Avropa Birliyi ölkələrinə də müraciət edib.  

“Ölkəmiz artıq xeyli müddətdir çoxlu sayda miqrant qəbul edir. Lakin hazırda İsveçdə vəziyyət çox gərgindir. Mən istərdim ki, bu məsuliyyəti digərləri də anlasınlar və öz üzərlərinə götürsünlər. Çünki artıq vaxtdır” deyə baş nazir bildirib.

Bu ilin sonunadək İsveçə 200 min nəfərə yaxın qaçqının gəlməsi gözlənilir. Əhali sayını nəzərə alsaq, İsveç Almaniyadan da çox miqrant qəbul edib. 

Xəbər lenti
0