Nazir rüşvət alarkən həbs olundu

Abunə olmaq
Kanxuyaqin Şileqdamba öz kabinetində 250 min dollar rüşvət alarkən tutulub.

BAKI, 5 noy – Sputnik. Monqolustanın səhiyyə və idman naziri Kanxuyaqin Şileqdamba rüşvət alarkən həbs olunub. Bu barədə ölkənin Milli İnformasiya agentliyi məlumat yayıb. Anti-korrupsiya Xidmətinin əməkdaşları 40 yaşlı naziri rüşvət aldığı əsnada yaxalayıblar.

Məlumata görə, Kanxuyaqin Şileqdamba öz kabinetində 250 min dollar rüşvət alarkən tutulub. Onunla birlikdə köməkçisi və sürücüsü də saxlanılıb.

Şileqdamba bu vəzifədən öncələri də fərqli nazirliklərdə çalışıb. Sonuncu dəfə o, ətraf mühitin mühafizə naziri olub.

Xəbər lenti
0