BAKI, 5 noy — Sputnik. Oktyabrın 18-dən bəri İstanbulda tərkibində zəhərli maddə olan spirtli içkilərdən ölənlərin sayı 26 nəfərə çatıb.
Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Milliyet" qəzeti məlumat yayıb.
Xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 91 nəfərdir. Bildirilir ki, hazırda onların 9-u reanimasiyada, 6-sı isə palatalarda müalicə olunur.