ELM

Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyəti artırılıb

© AZƏRTACNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edib.

BAKI, 4 noy — Sputnik. Nazirlər Kabineti ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edib.

İndiyə qədər fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrinin nizamnaməsi, nizamnaməyə dəyişikliklər təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunub və təsisçisi (Azərbaycan prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilib.

Bundan sonra dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrinin nizamnaməsində edilmiş dəyişikliklər Azərbaycan prezidenti ilə bərabər Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla, təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunacaq və təsisçisi tərəfindən təsdiq ediləcək.

İndiyə qədər Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələri Təhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilib. Bundan sonra bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə edilən dəyişikliklərə də Təhsil Nazirliyi rəy verəcək.

Xəbər lenti
0