BAKI, 4 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedəcək.
Sputnik-in “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.
Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.
Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.
Səfər noyabrın 6-da başa çatacaq.