BAKI, 4 noy – Sputnik. Ayaqlardan pis iyin gəlməməsi üçün nələr edilməlidir?
Yaz və yay aylarından fərqli olaraq, qış aylarında bağlı ayaqqabılar içində tərləyən ayaqlar dərhal iy verməyə başlayır. Bu səbəblə də ayaqlarımız soyuq havalarda ciddi baxım tələb edər.
Pis qoxan ayaq bakteriyaları ilə mübarizə aparmağın yollarını oxuyun.
1. Ağız yaxalayıcıları
Ağızdan gələn pis iyi yox etmək üçün istifadə etdiyiniz ağız yaxalayıcıları ayaqlarınız üçün də işə yaraya bilər. Məhz bu yaxalayıcılar həm ölü dəriləri məhv edər, həm də bakteriyaları. Pis qoxan ayaqlarınızı yaxalayıcılarla birlikdə 10 dəqiqə vanna edin.
2. Çay sodası
Çay sodası ayaqlarınızın tərləməsini önləyir və iyin qarşısını alır. Soda bu baxımdan ən təsirli məhsul hesab edilir. Ayaqqabılarınızın içinə karbonat səpməyiniz kifayət edər. Bunu hər gecə evə gələndə tətbiq edin.
3. Sirkə
Sirkə parlaq saçlar üçün olduğu qədər, ayaq pəncələri üçün də faydalı hesab edilir. Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ilıq suyun içinə bir qədər alma və ya üzüm sirkəsi tökün. Ayaqlarınızı 15 dəqiqə müddətində vanna edin.
4. Limon
Para limonla ayaqlarınızı ovun. Bununla həm ayaq qoxunuz gedəcək, həm də ayaqlarınızın üzərində olan ölü dərilər məhv olacaq.
5. Qara çay
Bu bitkinin tərkibində çox önəmli antibakteriyal maddə olan tanik turşusu mövcuddur. Dəmlədiyiniz qara çayın içində ayaqlarınızı yarım saat vanna edin. Ayaq iylərinizin yox olması üçün bunu həftədə üç dəfə təkrarlayın.