CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranlı jurnalistlər Azərbaycana gələcəklər

© Photo : STRMətbuat
Mətbuat - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın günlərdə İranın bir qrup KİV nümayəndəsi Azərbaycana səfər edəcək. Bu barədə Sputnik-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Rza Nəcəfi deyib.

BAKI, 4 noy — Sputnik. Yaxın günlərdə İranın bir qrup KİV nümayəndəsi Azərbaycana səfər edəcək. Bu barədə Sputnik-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Rza Nəcəfi deyib.

Onun sözlərinə görə, İranın KİV nümayəndələri təqribən 10 gündən sonra, noyabrın ortalarında Azərbaycana gələcəklər. 

“Onlar əsasən Azərbaycandakı həmkarları ilə görüşəcək və burada mətbuatın durumu ilə yaxından tanış olacaqlar. Səfər zamanı iranlı jurnalsitlər həmçinin bir sıra strukturlarda olacaq və ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə yaxından tanış olacaqlar”, — deyə Nəcəfi bildirib.

Xəbər lenti
0