SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK Milli Məclisə seçkilərin yekun nəticələrini nə vaxt təsdiqləyəcək?

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyası (MSK) ən geci noyabrın 21-də Milli Məclisə seçkilərin yekun nəticələrini təsdiq edəcək. Bunu Sputnik-ə açıqlamasında MSK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyib.

BAKI, 4 noy — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) ən geci noyabrın 21-də Milli Məclisə seçkilərin yekun nəticələrini təsdiq edəcək.

Bunu Sputnik-ə açıqlamasında MSK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyib.

Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən MSK seçkidən sonra ən geci 20 gün müddətində yekun nəticələrilə bağlı protokolu təsdiq edib, Konstitutsiya Məhkəməsinə təqdim etməlidir. “Konstitutsiya Məhkəməsi də öz növbəsində hər hansı şikayət və müraciət olmazsa, ən geci 10 gün müddətində baxıb seçki ilə bağlı yekun qərar verməlidir. Bundan sonra Konstitutsiya Məhkəməsi Milli Məclisin ilk iclasının vaxtını təyin edir.”, — deyə Əsədli vurğuladı.

Qanunvericiliyə görə, Azərbaycanda 83 deputatın səlahiyyəti təsdiq edilərsə, o zaman Milli Məclis fəaliyyətinə başalaya bilər.

Əsədli onu da əlavə etdi ki, seçkilərin nəticələri ilə bağlı nəzərdə tutulan 20 gün qanunvericilikdə ən maksimal həddir: “Əgər hər hansı müraciət və şikayət olmazsa, o zaman MSK daha qısa müddətdə yekun nəticəni təsdiq edə bilər. Bu məsələ eyni zamanda Konstitutsiya Məhkəməsinə aiddir”.

Milli Məclisdən Sputnik-ə bildirildi ki, 5-ci çağırış Milli Məclisin ilk iclasının noyabr ayının üçüncü ongünlüyündə keçirilməsi nəzərdə tutulur: “Hələlik ilk iclasla bağlı dəqiq tarix bəlli deyil”.

Xəbər lenti
0