BAKI, 4 noy – Sputnik. Rusiyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb. İçərisində 5 nəfər rus ekipajının da olduğu yük təyyarəsinin Cənubi Sudanda qəzaya düşdüyü açıqlanıb.
Məlumata görə, təyyarə Cənubi Sudanın paytaxtı Cubadan havalandıqdan 10 dəqiqə sonra sərt qəza enişi edib. Göyərtədən 2 nəfərin sağ çıxdığı bildirilir. Onlardan birinin uşaq olduğu deyilir.
Lakin bir çox xəbər agentlikləri, o cümlədən Al Jazeera televiziyası qəzaya uğrayan təyyarədə onlarla insanın həlak olduğunu qeyd edib.