SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gecə klubu faciəsi baş nazirin istefasına səbəb oldu

Viktor Ponta
Viktor Ponta - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən hadisə nəticəsində 32 nəfər dünyasını dəyişmiş, 200-ə yaxın insan isə yaralanmışdı.

BAKI, 4 noy – Sputnik. Rumıniyanın baş naziri Viktor Ponta vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə hazırda iqtidarda olan Rumıniya Sosial Demokratik Partiyasının sözçüsü Liviu Draqnea məlumat verib.

Onun sözlərinə görə, baş nazirin istefa verməsinə səbəb bir neçə gün öncə Buxarestdəki gecə klubunda baş verən yanğın olub.

Sözügedən hadisə nəticəsində 32 nəfər dünyasını dəyişmiş, 200-ə yaxın insan isə yaralanmışdı.

Həmin hadisədən sonra paytaxt Buxarestdə, o cümlədən ölkənin digər şəhərlərində etiraz yürüşü keçirilib. Nümayiş iştirakçıları baş nazir Viktor Ponta və daxili işlər naziri Qabriel Oprinin istefasını tələb edirdilər. 

Xəbər lenti
0