BAKI, 4 noy — Sputnik. Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar 125 dairə seçki komissiyası (DSK) seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, protokolların tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması prosesini başa çatdırıblar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması prosesini səsvermə günündən ən geci 2 gün keçənədək başa çatdırmalıdırlar.
Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq, səsvermə günündən sonra 48 saat ərzində başa çatdırıblar.