BAKI, 4 noy – Sputnik. Egey dǝnizindǝ batma təhlükəsi yaşayan qayıq son anda xilas edilib. Qayıqda 40 nəfərə yaxın qaçqın olduğu açıqlanıb.
Onlar qeyri-qanuni yollarla Avropa qitəsinə keçməyə cəhd edərkən yaxalanıblar.
Kiçik ölçülü rezin qayıqda qaçqınların olduğu barǝdǝ mǝlumat ǝldǝ edǝn türk sahil mühafizǝ xidmǝti əməkdaşları dərhal ǝmǝliyyata başlayıblar.
Miqrantların Suriya əsilli olduğu bildirilib. Onlar arasında 10 nəfər uşaq olduğu məlumatı verilib.