BAKI, 4 noy – Sputnik. Fələstin prezidenti Mahmud Abbasın noyabrın 8-də Misirə səfər edəcəyi bildirilib.
Fələstinin Misirdəki səfiri Camal Eş-Şobeki, Mahmud Abbasın paytaxt Qahirədə Prezident Əbdul Fəttah əs-Sisi və digər yüksək vəzifəli rəsmilərlə görüşəcəyini açıqlayıb.
Görüşdə Misir və Qəzza arasındakı Rafah sərhəd qapısının daimi açıq olması üçün müzakirələr aparılacağı, həmçinin İsrail tərəfdən getdikcə çoxalan pozuntular haqqında fikir mübadiləsi ediləcəyi qeyd edilib.
Rafah sərhəd məntəqəsi uzun müddətdir ki, fövqəladə vəziyyətlər xaricində bağlı tutulur.