SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şamil Ayrım: Türk hökuməti xarici siyasətini təftiş etməlidir

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidTürkiyənin bayrağı
Türkiyənin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin sabiq millət vəkili: Rusiyanın Suriyada aktivləşməsi vəziyyəti daha da mürəkkbələşdirib və bu Türkiyə üçün heç də xoş olan vəziyyət deyil.

BAKI, 4 noy — Sputnik. Hesab edirəm ki, 1 noyabr seçkilərindən sonra Türkiyənin yeni hökuməti ilk növbədə xarici siyasətini təftiş edərək bi siyasətə yenidən baxmalıdır. Bu fikri Sputnik-ə açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təmsilçisi, sabiq millət vəkili Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Türkiyənin bu günkü xarici siyasəti heç də ölkənin milli maraqlarına cavab vermir və bu siyasət bir sıra hallarda ölkənin suverenliyinə təhdidlər yaradır. 

“Məhz bu siyasətin nəticəsidir ki, 7 iyun parlament seçkilərindən sonra Türkiyənın xeyli sayda vətəndaşı terrorun qurbanı oldu. Bu bizim üçün çox üzücü hal idi”, deyə o bildirib.

1 noyabr seçkilərinə toxunan Şamil Ayrım qeyd edib ki, ölkənin rifahına uyğun bir formada seçkilər keçirildi: “Bundan sonra yeni hökumət qurulacaq və onların işini ancaq fəaliyyəti nəticəsində görəcəyik. Ancaq bir daha deyirəm ki, ilk olaraq xarici siyasətə diqqət yetirilməli və oradakı yanlışlıqlar aradan qaldırılmalıdır. Çünki bu gün Türkiyənin qonşularının ölkəmizə qarşı heç də xoş olmayan münasibət sərgilədiyinin şahidiyik.”

Onun fikrincə, Türkiyənin bu gün İraq, İran, Suriya, İsrail və Rusiya ilə bağlı siyasətində yanlışlıqlar var və bu siyasətə yenidən baxılmalıdır: “Baxmayaraq ki, ilk dönəmlərdə Türkiyənin Suriya ilə münasibətləri normal məcrada inkişaf edirdi, amma ABŞ və bəzi qərb ölkələrinin Bəşər Əsəd rejiminə münasibəti dəyişidiyindən Ankaranin da bu ölkə ilə siyasətində ciddi dəyişikliklər baş verdi. Bəşər Əsəd üzündən iki ölkə arasındakı münasibətlər pozuldu. Və indi sərhədlərimizdə İŞİD kimi təhlükəli bir terrorçu təşkilat fəaliyyət  göstərir. Bu terrorçu təşkilatın fəaliyyəti isə Türkiyənin suverenliyinə, sabitliyinə, sülhə ciddi təhdid yaradır. Biz artıq bunun şahidi olmaqdayıq. Bu bizi bir vətəndaş olaraq ciddi narahat edir.”

Sabiq millət vəkili onu da əlavə etdi ki, Rusiyanın Suriyada aktivləşməsi vəziyyəti daha da mürəkkbələşdirib və bu Türkiyə üçün heç də xoş olan vəziyyət deyil: “Yəni Rusiyanın Suriyada  aktivləşməsi göstərir ki, bu ölkədə problemin həlli hələ uzun çəkəcək. Suriyada Əsəd rejimi hələ bir müddət qalacaq. Çünki Rusiya və İran Suriyada Bəşər Əsədi dəstəkləyir. Yaranmış bu situasiya Türkiyənin yeni hakimiyyətini xarici siyasətinə yenidən baxmağı və təftiş etməyi tələb edir. Suriyada problem həll olunmadan Türkiyədə sabitlyin təmin olunmasıənda danışmaq çətindir. Ona görə ki, Suriya problemi ilə yanaşı Türkiyə sərhədində İŞİD və PKK kimi terrorçu təşkiltların aktivliyi ölkəmiz üçün təhdiddir. Və biz son bir neçə ayda bunun şahidiyik. Bu məsələlərə ciddi yanaşılmalıdır. Yeni hökumət indiyədək xarici siyasətdə buraxılan səhvləri aradan qaldırmalıdır.”

Şamil Ayrım bildirib ki, Türkiyə bir çox hallarda  xarici siyasətini bəzi beynəlxalq güclərin təzyiqi nəticəsində dəyişməli oldu.

Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişaf əlaqələrinə toxunun sabiq millət vəkili deyib ki, iki ölkə iqtisadi, siyasi və humanitar sahədə çox ciddi əməkdaşlıq edirlər: “İki ölkənin birgə səyləri nəticəsində bölgədə çox ciddi iqtisadi layihələr reallaşdırılıb. Buna baxmayaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalçılıq siyasətini davam etdirməsi bölgədəki hüzura və dinamik inkişafa maneə yaradır. Məhz bu siyasətin nəticəsidir ki, Ermənistan regionda rellaşan layihələrdən kənarda qalıb.”

Şamil Ayrım hesab edir ki, Azərbaycan və Türkiyə bundan sonra diaspor təşkilatlarının real olaraq birgə fəaliyyətinə nail olmalıdır: “Məhz bunun nəticəsində dünyadakı güclü erməni lobbisinin ölkələrimizə qarşı haqsız fəaliyyətinin qarşısını ala bilərlər. Baxmayaraq ki, bununla bağlı çox deyilib, ancaq real olaraq iş görülməyib. Biz bu sahədə nəticəli işə nail olmalıyıq və fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq.”

Xəbər lenti
0