Ucuz neft dövrü nə vəd edir?

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidAn employee of Gazprom-Neft's Novosibirsk petroleum base near fuel storage tanks
An employee of Gazprom-Neft's Novosibirsk petroleum base near fuel storage tanks - Sputnik Azərbaycan
Abunə olmaq
Səbəblər aydındır, nəticədən isə ölkələr ziyan çəkir

Ucuz neft dövrü nə vəd edir?
Neftin qiyməti düşməkdə davam edə bilər. Bu, ilk növbədə dünya bazarının xammalla dolması ilə əlaqədardır. Bütün bu məlumatlar “Goldman Sachs”  bankının məruzəsində bildirilir.

Ekspertlər qeyd edirlər ki, bu vəziyyət neftin saxlanma həcminin maksimuma çatdığı 1998 və 2009-cu illəri xatırladır. Bundan başqa, hesabatda gələcək üçün gözləntilər də var: 2016-cı ildə neft bazarında tələb və təklif balansı yaranacaq.

2014-cü il yayın əvvəlindən 2015-ci ilin əvvəlinədək neftin qiyməti iki dəfədən daha çox — Brent markası üçün 100 dollardan 45 dollara düşüb. OPEK-in noyabrda qəbul etdiyi neft hasilatı kvotasını sutkada 30 milyon barel dərəcəsində saxlamaq qərarı qiymətlərin enməsini daha da sürətələndirdi. Yanvar ayından qiymətlər qalxmağa başladı, mayın 6-sı isə neftin qiyməti pik nöqtəyə — 70 dollara çatdı. Bundan sonra enmə yenidən davam etdi. Avqustun əvvəlində Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq psixolojl hədd olan 50 dollardan aşağı düşdü. Bu enişin səbəbi bazarda xammalın çoxluğu qorxusu idi. Müstəqil analitik Andrey Kiproviç hesab edir ki, orta istehlakçı üçün oxşar hadisə yaxşı hədiyyədən daha artıqdır:

“Adi obıvatel yanaşmasında, benzin, qaz və digər neft məhsullarının qiymətinin aşağı olması hamıya sərfəlidir. Digər tərəfdən isə, iqtisadiyyat ya qalxır, ya aşağı enir. Bunun göstəricisi isə iqtisadi, eləcə də pul bazarında dolan “şardır”, neft və qaz qiymətləri də ona daxildir. Bazar qiymətinə hər şey daxildir — gözləntilər və qalan hər şey. Buna görə, mənim fikrimcə, indiki böyük qiymət enmələrində ya çox yaxşı inkişaf etmiş ölkələr və ya nefti çıxarıb çox aşağı qiymətlə hasil edən və bundan razı qalan ölkələr qazanırlar. Satılmış neftdən əldə olunan pullarla isə onlar öz dövlətlərini qururlar, iqtisadi modelləri çərçivəsində inkişaf edirlər”.

Lakin bu vəziyyətdən hamı razı deyil. Çünki neft hasil edən ölkələrin çoxu üçün neftdən gələn pullar gələcək üçün yatırım və yüksək iqtisadi göstəricilərə nail olmaq üçün yardımdır. “Alfa Bank”ın baş analitiki Aleksandr Kornilov hesab edir ki, bundan sonra qiymətlərlə nə olacağını heç kim bilmir:

“Neft bazarındakı vəziyyət mürəkkəb olaraq qalır. Bir tərəfdən biz qiymətlərin 48-50 dollar səviyyəsində sabitləşdiyini görürük. Bu bizə sabahkı gün üçün qısamüddətli inam verir. Digər tərəfdən isə, neftin qiymətinin gələcək davranışları, proqnozlaşdırılması çətin olan bir çox amillər tərəfindən müəyyən edilir. İlk növbədə bu neft hasilatı ilə bağlı ABŞ-dakı vəziyyət, eləcə də OPEK-in dünya neft bazarındakı strateqiyasının növbəti siyasətidir”.

Ümumiyyətlə, qlobal neft bazarına təzyiq göstərən bütün amilləri toplasaq, görərik ki, onların sayı az deyil və hər biri ümumi vəziyyətə təsir edir. Neft sektoru üzrə ekspert Narek Avakyan:

“Neft bazarında sonuncu çökmənin əsas səbəbi Çin statistikası oldu, çünki Çin düyanın ən böyük neft istehlakçısıdır. Aydın məsələdir ki, hər hansı bir vəziyyətin pisləşməsi bazara təyziq göstərir. İkinci səbəb – ABŞ-da neft ehtiyyatlarının artmasıdır. Son iki həftə ərzində ehtiyyatlar, demək olar ki, 15 milyon barel artıb – bu çox əhəmiyyətli rəqəmdir. Daha bir amil isə Səudiyyə Ərəbistan və OPEK ölkələrinin istehsalı hələ də çox yüksək səviyyədə saxlamasıdır ki, buna görə də dünya bazarında profisit saxlanılır”.

“Goldman Sachs” bankının analitiklərinin proqnozlarına dönsək qeyd etməliyik ki, onlar neft ehtiyatları haqda məlumatlar əsasında qorxu yaymağa cəhd edən ilk şəxslər deyillər. Belə ki, bir müddət əvvəl “Bank of America Merrill Lynch”-in ekspertləri anbarlarda saxlanma yerlərinin azlığı səbəbindən neftin qiymətinin 13 dollaradək düşəcəyini demişdilər. Hətta bu hadisə bu ilin mart ayında baş verəcəkdi, lakin proqnoz özünü doğrultmadı. 

“Sputnik” (Rusiya)

Xəbər lenti
0