Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cənub Qaz Dəhlizi 100 il Avropanın təhlükəsizliyini təmin edəcək

© 112.uaqaz boru kəməri
qaz boru kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Abbasov: Layihə həm də mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qaz asılılığından xilasına hesablanıb.

BAKI, 4 noy — Sputnik. Cənub Qaz Dəhlizi layihəsi qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyinin təminatçısı olacaq.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfransında deyib.

"Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının diversifikasiyası və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyi təmin olunacaq. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və regionla məhdudlaşmayan bu layihə həm də mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qaz asılılığından xilasına hesablanmış, həm də alternativ enerji mənbəyi kimi bütün dünyanın diqqət mərkəzindədir", — deyə nazir müavini qeyd edib.


Xəbər lenti
0