Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR qazma işlərini azaldıb

© TRENDSOCAR
SOCAR - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9174 metr qazma işi həyata keçirilib.

BAKI, 3 noy — Sputnik. 2015-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9174 metr qazma işi həyata keçirilib.

SOCAR-ın verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 92 323 metr (ötən ilin analoji dövrü ilə müqayisədə 14,1 faiz az) qazma işi görülüb ki, bunun da 91 323 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, oktyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 59 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Xəbər lenti
0