SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni parlament prezidentin kadr islahatları siyasətində iştirak edəcək

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni formalaşan Azərbaycan parlamenti ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi kadr islahatları siyasətində yaxından iştirak edəcək və bu məsələdə ona kömək edəcək. Bunu Sputnik-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

BAKI, 3 noy — Sputnik. Yeni formalaşan Azərbaycan parlamenti ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi kadr islahatları siyasətində yaxından iştirak edəcək və bu məsələdə ona kömək edəcək.

Bunu Sputnik-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri sakit və normal şəraitdə keçdi: “Dünyanın müxtəlif ölkələrində və beynəlxalq təşkilatlardan seçkiləri izləmək üçün gələn beynəlxalq müçahidəçilər də Azərbaycanda keçirilən parlament seçkilərini yüksək dəyədrləndirdi. Və onlar da seçkinin sakit və normal şəraitdə, demokratik və ədalətli keçdiyini qeyd etdilər”.

Politoloq bildirdi ki, bütövlükdə sakit şəraitdə keçirilən seçki və formalaşan yeni deputat korpusu Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasətin reallaşmasında yaxından iştirak edcəklər: “Yeni deputat korpusu dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı istiqamətindəki siyasətində, rüşvət və korrupsiyaya qarşı mübarizə istiqamətindəki siyasətinin rellaşmasında, eyni zamanda  həyata keçirməyə başladığı kadr islahatları siyasətində yaxından iştirak edəcək və ona kömək edəcək. Bir sözlə yeni formalaşan ali qanunvericilik orqanı həm Azərbaycanda mükəmməl qanunların işlənib hazırlanmasında, həm də bütövlükdə cəmiyyətin bir sıra problemlərinin həllində yaxından iştirak edəcək”. 

Xəbər lenti
0