BAKI, 3 noy — Sputnik. Trend IV çağırış Milli Məclisdə təmsil olunan və Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi ilkin nəticələrə görə, noyabrın 1-də keçirilən parlament seçkilərində mandat qazanmayan deputatların kimliyini araşdırıb.
MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 1 noyabrda keçirilən V çağırış parlament seçkilərində bu deputatlar mandat qazanmayıblar:
İsmayıl Hacıyev — 6 saylı Culfa-Babək seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü
Etibar Hüseynov — 15 saylı Yasamal birinci seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü
Abel Məhhərəmov — 16 saylı Yasamal ikinci seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü
Qalib Salahzadə — 27 saylı Sabunçu ikinci seçki dairəsindən, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü
İqbal Ağazadə — 35 saylı Xətai üçüncü seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü
Aydın Abbasov — 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Leyla Abdullayeva — 41 saylı Sumqayıt birinci seçki dairəsindən, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü
Arif Alışanov — 45 saylı Abşeron seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Arif Əşrəfov — 55 saylı Xaçmaz şəhər seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü
Fərhad Qəribov — 57 saylı Kürdəmir seçki dairəsi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü
Cəlal Əliyev — 62 saylı Saatlı seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü
Ceyhun Osmanlı — 63 saylı Sabirabad birinci seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Sabir Rüstəmxanlı — 72 saylı Yardımlı-Masallı seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Aslan Cəfərov — 77 saylı Astara seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Ayaz Orucov — 81 saylı Beyləqan seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Ərəstun Cavadov — 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü
Elton Məmmədov — 91 saylı Ucar seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini
İlyas İsmayılov — 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü
Əhməd Vəliyev — 107 saylı Qazax seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü
Rəbiyyət Aslanova — 109 saylı Balakən seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Nazim Fərəcov — 121 saylı Laçın seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü
Mandat qazanmayanların sayı 21-dir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.