Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət bildirib ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının qalib gəlməsi təsadüfi deyil:
“Azərbaycanın parlament seçkiləri dünən yetərincə uğurla bitən böyük siyasi kompaniyadır. Elan edildiyi kimi, parlamentdəki yerlərin əksəriyyətini Yeni Azərbaycan Partiyası tutur. YAP-ın bu qalibiyyəti təbii haldır. Çünki bu partiya ilk növbədə hakim partiyadır, yetərincə güclüdür, 600 mindən artıq üzvü var. Təbii ki, belə güclü partiya seçkilərdə qalib olmalı idi”.
Seçkilərin Azərbaycan-Rusiya münasibətlərin təsirinə gəldikdə isə, ekspert Azərbaycanın bu vaxtadək getdiyi istiqamət üzrə hərəkət edəcəyini bildirdi. “Biz bu parlamentlə də qabağa, məhz əvvəllər getdiyimiz istiqamətdə gedəcəyik” – deyə o bildirib.
Rusiya ekspertləri ATƏT DTİHB-in Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməsindən imtinasını da şərh etdilər. Onların fikrincə, bu təşkilat sadəcə kimlərinsə siyasi sifarişini yerinə yetirir. Azərbaycanda seçki nəticələrinin gözlənilən olduğunu vurğulayan ekspertlər seçkilərin Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir edəcəyinə ümid etdiklərini bildiriblər.