BAKI, 2 noy — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noybarın 1-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı verdiyi bəyanat reallığı əks etdirir.
Bunu Sputnik-ə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, beynəlxaql aləm bir daha Azərbaycanda demokratik və ədaləli seçkinin şahidi oldu.
“AŞPA-nın Azərbaycanda keçirilən seçkilərin yekunu ilə bağlı verdiyi bəyantda bu qəbildən hesab etmək olar. Bəyanat ölkəmizdə keçririlən seçki reallığını əks etdirir. Beynəlxalq aləm bir daha Azərbaycan seçicisinin demokratik və şəffaf şəraitdə seçkidə iştirak etdiyinin və öz mövqeyini ortaya qoyduğunun şahidi oldu. Bu seçkilər bir daha bunun bariz nümunəsi idi”, — deyə Seyidov əlavə edib.