BAKI, 2 noy — Sputnik. AŞPA Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edir.
Sputnik xəbər verir ki, bunu Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib.
Onun sözlərinə görə, parlament seçkiləri Azərbaycan Respublikası tərəfindən ədalətli və demokratik seçkilər keçirilməsi istiqamətində atılan addım idi: “Biz bunu seçki günü bir daha şahidi olduq.Seçki günü apardğımız müşahidələr nəticəsində qərara gəldik ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib. Seçki ölkə ərazisində sakit və sülh şəraitində keçib. Səsvermə prosesi adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun şəraitdə keçib. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanalrı təmin olunub.
Müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Buna görə də AŞPA müçahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı nizamlı və dinc davranışına görə təbrik edir.MSK seçki məntəqələrində hesablama prosesi və nəticələr protokollaşdırılanadək prosesin şəffaf olmasıə üçün öz təhfəsini verib. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, seçkilər və səsvermə prosesi yüksək peşəkarlıqla və texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Seçki pozuntusunun şahidi olmamışıq”.
Bununla belə Çukla onu da əlavə etdi ki, bir neçə məntəqədə bülletenlərin topa açılması və digrə kiçik pozuntular qeydı alınıb. “Bunlarda ümumilkdə seçkinin nəticəsində təsir etmir. Bununla bağlı MSK-ya məlumat verilib ki, araşdırılsın və məlumat versin".
Çukla bildirib ki, məntəqələrin 20 faizində kameralar quraşdırılıb. Seçki yerli media tərəfindən geniş işıqlandırılıb: "Bununla belə, səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib".
O, ATӘT DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidә missiyası göndәrilmәməsindәn tәəssüfləndiyini qeyd edib: "Lakin çoxsaylı müşahidәçilәr var idi. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib".
Çukla əlavə etdi ki, yuxarıda sadaladığımız çatışmazlıqlara baxmayaraq seçici fəallığıəhəmiyyətli dərəcədə olub və nəticələr Azərbaycan xalqının iradəsini ifadə edib.
Çukla Azәrbaycanda insan haqları sahәsinә problemlәrin qalmaqda olduğunu da deyib: "Azәrbaycanı insan hüquqlarının müdafiəsi sahəsində tәcili tәdbirlәr görmәyә çağırırıq. Missiya Azәrbaycan hakimiyyәtini hәvәsәlәndirir ki, Venesiya Komissiyası tәrәfindәn edilən tövsiyyәlәri, o cümәdәn demokratik instutların fәaliyyәti ilә bağlı tövsiyәlәri nәzәrә alsın. Missiya әvvәlki vә indiki seçkilәrlә bağlı digәr beynәlxalq tәşkilatların — AP, ATӘT PA, ATӘT DTİHB-nin rəylərinin әhәmiyyәtini vurğulayır. Azәrbaycan assambleyanın monitorinq proseduru tәrkibindәki ölkә olduğuna görә, missiya Azәrbaycanın AŞ-yə üzvlüyü zamanı razılaşdırılmış vәzifәlәr vә öhdәlikәrini yerinә yetirmәsi üçün AŞPA-ya Azәrbaycan hakimiyyәti ilә әmәkdaşlığı davam etdirmәyi tövsiyә edir".
Qeyd edək ki, AŞPA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarət olublar. AŞPA-da gələn müşahidəçilər ölkənin bir neçə rayonunda və Bakıda olublar.