BAKI, 2 noy – Sputnik. Türkiyədə dünənki parlament seçkilərində Respublikaçı Xalq Partiyasının (CHP) məğlub olmasından sonra diqqətlər sözügedən partiyadan millətvəkili olan Məhərrəm İncəyə yönəlib.
CHP-li deputat Məhərrəm İncə bir neçə ay öncə qatıldığı özəl televiziya proqramında, AKP 49 % səs toplasa siyasəti buraxacağını və kənddə toyuq-cücə saxlayacağını demişdi. Qeyd edək ki, AKP dünənki seçkilərdə 49,4 % səs toplayıb.