Azərbaycan prezidentindən Türkiyəyə məktub

© AZƏRTACİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib.

BAKI, 2 noy-Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğluna Ədalət və İnkişaf Partiyasının 1 noyabrda parlamentə keçirilən seçkilərdə qalib gəlməsi münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:"Hörmətli cənab Baş nazir!

Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.
Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm."

Xəbər lenti
0